Sumqayıtda 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib

1017

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə 18 oktyabr Azərbaycan Respublikasının Müstəqəllik Gününə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı sədrinin Gənclərlə iş üzrə müavini Elmar Xəlilov qonaqları salamlayaraq oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar geniş məruzə ilə çıxış edib.

YAP Sumqayıt şəhər təşkilatı sədrin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov “Heydər Əliyev- Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” dır mövzüsünda məruzə edib.

Tədbirdə “Müstəqilliyimiz əbədidir” sənədli – qısa metrajlı film izlənilib.

Sənədli qısa metrajlı filmi izləndikdən sonra YAP Sumqayıt şəhər təşkilatının gənc üzvləri 18 oktyabr Azərbaycan Respublikasının Müstəqəllik Günü ilə əlaqədar ayrı-ayrılıqda məruza ilə çıxışlar ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər