Sumqayıtda 20 ünvanda liftdə qalanlar olub - DƏRHAL İNSANLAR XİLAS EDİLİB

1236

Ötən gecə ölkə ərazisində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Sumqayıt şəhər ərazisində 20 ünvanda  sakinlər yaşayış binalarının liftində köməksiz vəziyyətdə qalıb.

 Sumqayıt şəhər “Liftservis” İstehsalat Birliyindən sumqayitxeber.com verilən məlumata görə hadisə baş vern kimi “Liftservis” İstehsalat Birliyinin əməkdaşları dərhal liftlərdə köməksiz qalmış şəxslərə kömək edib, qısa müddət ərzində insanların liftdən çıxmasını təmin ediblər. Gecə boyunca idarənin əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar.

sumqayitxeber.com, Günel Məmmədova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər