Sumqayıtda 22 yaşlı gənc qətlə yetirildi

3167

Sumqayıtda qətl hadisəsi baş verib.
Xeberle.com-un məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, iki nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Dadaşov Pərvin Qabil oğlu mübahisə etdiyi 22 yaşlı Səftər Bünyətov tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər