Sumqayıtda 245 gəncə təlim keçirildi – FOTOLAR

950

Sumqayıtda «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsiuğurla başa çatdı

30 iyun 2018-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən «Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması işinə dəstək» layihəsi çərçivəsində sonuncutəlimkeçirilmişdir.
Layihənin kordinatoruTural Mikayılovtəlim iştirakçılarını layihənin məqsədləri – gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumatlandırdı.
Sumqayıt şəhər gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş sktorunun müdiri Ceyhun Hüseynov çıxış edərək müasir dövrdə informasiya komunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkənin intelektual və elmi potensialının vacib göstəricilərindən olduğunu və hazırda respublikamızda bütün sahələrdə İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verildiyini bildirdi.
Təlimtəhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Eyni zamanda təlim iştirakçılarınaveb 2.0 texnologiyaları, sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin xüsusiyyətləri, vikipediyada redaktə bacarıqları, məqalələrin yerləşdirilməsi kimi məlumatlar interaktiv olaraq təqdim olunmuşdur.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.
Üç ay davam etdirilən layihə çərçivəsində ümumilikdə yeddi təlimdəSumqayıt şəhərindən 245 nəfər gənc iştirakı etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər