Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb

1446

Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıtda dənizdə batdığı ehtimal edilən 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Bununla bağlı nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Axtarış tədbirləri nəticəsində Vəlişov Səyavuş Abdul oğlunun cansız bədəni aşkarlanaraq Tibbi ekspertizanın şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər