Sumqayıtda 3 avtomobil yanıb – FOTO

2516

Sumqayıtda bir gecədə 3 avtomobil yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda qeydə alınıb. Belə ki, dayanacaqda olan “Land Rover” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Digər hadisə isə şəhərin 1-ci mikrorayonunda olub. Orada “Hyundai” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 08:52

Sumqayıt şəhərində avtomobil yanıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı “Land Rover” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa buferi əriyib. “Hyundai” markalı avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər