Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib

804

Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. “Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər”, – deyə məlumatda bildirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər