Sumqayıtda 4 namizəd seçkilərə qatılmaqdan imtina edib

651

Sumqayitxeber.com saytı Mərkəzi Seçki Komissiyasına istinadən məlumat verir ki, Sumqayıt şəhərindən namizədliyini irəli sürmüş 4 namizəd seçkilərə qatılmaqdan imtina edib.

44 sayli Sumqayit  seçki dairəsi üzrə AJMVA-nın prezidenti Paşazadə Tahir Ağalar oğlu və seçkilərə bitərəf olaraq qatılmaq istəyən Əliyeva Səkinə Xanım Əlirza qızı seçkilərə qatılmaqdan imtina edib.

42 saylı Sumqayıt seçki dairəsi üzrə isə Yeni Azərbaycan Partiyasının iki üzvü Abdullayev Abdulla Fərman oğlu və “Ransan” Firmasının sədri Dəmirov Rafik Balaməmməd oğlu seçkilərə qatılmaqdan imtina edib. Xatırladaq ki, Rafik Dəmirovun namizədliyi YAP tərəfindən irəli sürülmüşdü. Abdulla Abdullayev isə bu dairədən öz təşəbbüsü ilə seçkilərə qatılmaq istəyirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər