Sumqayıtda 4 yeni yol: 2022-ci ildə bu ərazilərdə yollar təmir olunacaq -AÇIQLAMA

1722
“Son illər Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlər çərçivəsində həllini tapan əsas məsələlərdən biri də yol nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlıdır. Uzun müddət asfalt üzü görməyən yolların qısa müddət ərzində bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr reallaşdırılıb. Ötən 6 il ərzində 50-yə yaxın prospekt və küçədə, eləcə də bir o qədər məhəllə və mikrorayonlarda ardıcıl olaraq asfaltlanma işləri aparılıb”.
Bu barədə Xeberle.com-aaçıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib
E. Qocayev bildirib ki, son illər Sumqayıtda mövcud yolların təmiri ilə yanaşı, yeni yollar da salınıb: “Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb. Yeni yolların çəkilməsi işləri bu il də davam etdiriləcək”.
Qurum rəsmisi 2022-ci ildə Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlandığını da qeyd edib:  “Tədbirlər planına uyğun olaraq Çerkasi, Bakı, Şeyx Şamil, İnşaatçılar, Məhəmməd Əsədov, Kamran Hüseynov, Qəhrəmanov , Corat və sahil küçələrində, eləcə də 1, 2, 3, 4, 5, 6, 8, 9, 10, 12, 13, 16, 17, 18, 21-ci mikrorayonlarda, 5, “7-8-12”, 15, 18, 30, 34, 41, 41a, 47, 48, 51-ci məhəllələrdə asfaltlanma işləri həyata keçiriləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər