Sumqayıtda 45 yaşlı kişi intihara cəhd edib

1224

Sumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər