Sumqayıtda 51 yaşlı kişi itkin düşüb

1023

Sumqayıtda 51 yaşlı kişi itkin düşüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 8-ci mk. ərazində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1961-ci il təvəllüdlü İsgəndərov İsmayıl Məhəmməd oğlu iyulun 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu, təxminən, 170 sm, orta bədən quruluşlu, dərisinin rəngi qara, yumru sifət qurluşludur. Evdən çıxarkən əynində kül rəngli qısaqol idman köynəyi, qara şalvar və qara ayaqqabı olub. Bu şəxsi görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə və ya (018) 65-4-02-02, 64-2-03-65 telefon nömrələrinə məlumat vermələri xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər