Sumqayıtda 61 yerdə video nəzarət kameraları quraşdırılıb

922

18 iyun 2011-ci il tarixində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Əgər sizi polis saxlayıbsa” adlı tədbir keçirilib

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” ictimai birliyinin və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə Sumqayıt Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polkovnik-leytenant Məhəmməd Yaqubov, Sumqayıt şəhər icra hakimiyyətinin hüquqşünası Zaur Abbasov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun rəisi Rüstəm Sadıqzadə və gənclər iştirak edirdi.

Tədbirdə çıxış edən Sumqayıt Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polkovnik-leytenant Məhəmməd Yaqubov son illər qanunvericilik sahəsində bir sıra mütərəqqi dəyişiklərin olduğunu və əsas məqsədin insan hüquqlarının qorunmasına xidmət etdiyini vurğuladı.  O, polis etikası, davranış qaydaları və vəzifələr haqqında tədbir iştirakçılarını məlumatlandırdı. M. Yaqubov polis-vətəndaş münasibətlərinin qurulmasında maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini dedi.   Polis rəsmisi Sumqayıtda ictimai təhlükəsizlik məsələlərindən də bəhs etdi. Şəhərdə neqativ hallara qarşı aparılan mübarizə tədbirlərindən danışan M. Yaqubov bildirdi ki, 61 yerdə video nəzarət kameraları quraşdırılıb ki, bu kameralar vasitəsilə 300 metr radiusunda baş verən hadisələri izləmək olur. Bununla yanaşı, Sumqayıtda 14 polis sahə rəisliyi yaradılıb ki, bu da vətəndaşların şikayətlərinin operativ qaydada araşdırılmasına xidmət edir.   O, mənfi hallara qarşı mübarizədə vətəndaşların polisə yardım etməyinin vacibliyini vurğuladı və gəncləri bu sahədə aktiv olmağa çağırdı.

Sumqayıtda avtoxuliqanlığa qarşı aparılan tədbirlərə toxunan şöbə rəisi 24 nəfər avtoxuliqanın müəyyən edilərək saxlandığını sözlərinə əlavə etdi.  Polis orqanlarında aparılan islahatlara diqqət çəkən M. Yaqubov indiyədək 71 polis əməkdaşının orqanlardan xaric edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, bəzi polis əməkdaşlarının öz hüquq və vəzifələrini bilməməsini də istisna etmədi.  Şöbə rəisi polislərin maarifləndirilməsi istiqamətində yüksək rəhbərlik səviyyəsində işlər aparıldığını qeyd etdi.

Sumqayıt şəhər icra hakimiyyətinin hüquqşünası Zaur Abbasov isə bu sahədə mövcud olan qanunlar, prosedur qaydalar və digər məsələlərdən danışdı.

Sonda gəncləri narahat edən problemlərlə bağlı fikir mübadiləsi aparıldı və onların sualları cavablandırıldı.  Daha çox yol polisi və sürücülər arasında olan münasibətlərdən bəhs edən sualların ünvanlandığı nəzərə alınaraq növbəti tədbirin bu sahəyə həsr olunması məqsədəuyğun hesab edildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • hasan
    Sentyabr 8, 2011 - 12:22

    sumqayit sahar ictimai tehlukasizlik sobesinin reisi M YAQUBOV HAQDA DEMAK ISTAYIRAMKI O SEHERIMIZDA POLIS VETANDAS MUNASIBATINDA XEYLI IRALLYISLAR NAIL OLUB MAN ONA BIR VATANDAS KIMI TEWEKKUR EDIRAM ONA IWLARINDA MUVAFAQIYYATLAR ARZU EDIRAM.

  • QISMAT MAHARRMOV
    Sentyabr 8, 2011 - 12:31

    YAQUBOV SUMQYIT SAHARINDA COX ISLAR GORUB TABII KI OZ SAHASI UZRA KRIMINAL SHARDA ISLAMAK COX CETIN OLMAQINA BAXMAYARAQ MAHAMMAD MUALLIM OZ VAZIFASINI LAYIQINCA VE SARAFLA ICRA EDIR LAKIN SON DOVURLAR DIN KECIRILAN MUKAFATLANDIRMA VE TELTIF ETMA TEDBIRLERINDA ADI CEKILANIN DIQQATDAN KENARDA QALMASI MANI BIR VATANDAS KIMI UZUR.UNUTMAYAQKI 90 CI ILLARDAN BU YANA AN CATIN DOVURLARDA TEHLUKASIZLIK SOBESINDA AHALININ TEHLUKASIZLIYINI ONDA TUTARAQ TAM SARAFIYLA ISINI GOREN BIR ISCI REIS OLUB MAHAMMAD MUALLIM.SIZA ISLARINIZDA MUVAFAQIYYATLAR ARZULAYIRAM SIZ SAHARIMIZA DOVLATIMAZA HALA LAZIMSIZ SIZIN TECRUBENIZ GENC TEHLUKASIZLIK ISCILARINA HALA COX GARAKDIR.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər