Sumqayıtda 765 min manatlıq məhsul istehsal olunub

659
Adambaşına 2250 manata yaxın məhsul istehsal olunub Bu ilin yanvar- iyun aylarında şəhər rezidentləri tərəfindən 765127,9 min manat və ya şəhər əhalisinin hər nəfərinə 2249,7 manat dəyərində məhsul istehsal edilib.
 Dövlət  Statistika  Komitəsindən sumqayitxeber.com -a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul buraxılışı müqayisəli qiymətlərlə 28,3 faiz və ya 168945,0 min manat çoxalıb. Məhsul istehsalının 75,9 faizi sənayenin, 0,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 16,4 faizi ticarət və nəqliyyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 1,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizi informasiya və rabitə sahələrinin payına düşüb. Məhsul buraxılışının tərkibində fiziki şəxslərin istehsal etdikləri məhsul göstəricilərini nəzərə almaqla sənaye məhsulunun istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcm indeksi üzrə 1,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,6 faiz, informasiya və rabitə sahəsində isə 21,0 faiz artıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər