Sumqayıtda açıq havada idman meydançası istifadəyə verilib

434

Son illər Sumqayıt şəhərində sakinlərin asudə vaxtının səmərəli təşkili üçün genişmiqyaslı layihələr həyata keçirilir. Yeni park və xiyabanlar salınır, əsaslı təmirə ehtiyac duyulan parklarda təmir bərpa işləri aparılır.

Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında da sakinlərin rahatlığını təmin etmək üçün əsaslı işlər görülür. Bu günlərdə parkda idman qurğularının yerləşdiyi ərazi əsaslı təmir olunaraq şəhər sakinlərinin ixtiyarına verilib.

Meydançada müxtəlif sayda idman qurğuları yerləşdirilib. Şəhər sakinləri sərbəst şəkildə bu idman alətlərindən istifadə edə biləcəklər. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər