Sumqayıtda ağır qəza: ölən var

857

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

sumqayitxeber.com xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb. Belə martın 29-da saat 19:50 radələrində Bakı şəhər sakini Emil Zeynallı idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini 1985-ci il təvəllüdlü Xalid Quliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər