Sumqayıtda ailə faciəsi törədən Türkiyə vətəndaşı olub

825

Dekabrın 31-də saat 21.00 radələrində Sumqayıt şəhərində ailə faciəsinə səbəb olmuş qəzanın təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Sumqayıt şəhəri ərazisində, Türkiyə vətəndaşı Əhməd Küçük Hizar “Range Rover” markalı avtomaşını idarə edərkən şəhər sakinləri İfadət Şahmarovu və onun qızı, 15 yaşlı Güneli vurub. Nəticədə Günel hadisə yerində ölüb, xəsarət almış İ. Şahmarov isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər