Sumqayıtda Alman pianoçu konsert proqramı ilə çıxış edib

796

Dünən Sumqayıtda Alman pianoçu Ulrix Roman Murtfeld konsert proqramı ilə çıxış edib. Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində həyata keçirilmiş bu konsert Bülbül adına Uşaq İncəsəsnət məktəbində baş tutub. Konsert Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə şəhər İcra hakimiyyətinin nümayəndələri, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri və şəhər ictimaiyyəti iştirak edib. Tədbir zamanı çıxış edən şəhər İcra hakimiyyəti başçısının müavini R. Həsənov qonaqları salamlayıb, daha sonra Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət şöbəsinin rəhbəri cənab Şmidter çıxış edərək Azərbaycanda Almaniya Həftələri “Almaniya ilə tanışlıq” proqramı çərçivəsində baş tutan bu silsilə tədbirlərin “Almaniyanı yaşamaq” şüarı altında keçirildiyini qeyd edib. O pianoçu haqqında qısa məlumat verib.

Konsert zamanı U.R.Mutfeld dahi bəstəkarlar – Yohannes Brahms, Ludviq van Bethoven, Qara Qarayev və Klod Debüsinin əsərlərini ifa edib. Pianoçunun ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər