Sumqayıtda atasını baltalayan oğula 13 il HƏBS

996

9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Azər Yaqubov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2009-cu ildən hesablanıb.

Qeyd edək ki, qətl hadisəsi 2009-cu ildə Sumqayıtda baş verib. Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə balta ilə 3 zərbə vurub.

Zərbələrin təsirindən Şaban Yaqubov hadisə yerindəcə keçinib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman baltalayıb.

Məhkəmə Azər Yaqubovu 2009-cu ildə psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərib. Qanuna görə onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər