Sumqayıtda atasının avtomobili ilə adam öldürən yeniyetməyə CƏZA

1336

Sumqayıtda piyadanın ölümündə təqsirli bilinən Hüseyn Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqatitxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hüseyn Əhmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza məntəqəsində çəkəcək.

Hökmdə məlum olub ki, Hüseyn Əhmədov zərərçəkmişin hüquqi varisi ilə barışıb.

İttihama görə, hadisə ötən il oktyabrın 7-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Sumqayıt şəhər sakini, yetkinlik yaşına çatmayan Hüseyn Əhmədov atasına məxsus “VAZ-2106” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Şahin Piriyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər