Sumqayıtda avtobuslar kart sisteminə keçib

1480

Bu gündən etibarən Sumqayıtda fəaliyyət göstərən avtobuslar kart sisteminə keçib.

 

Bu barədə Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, 206 sərnişin avtobusunun hər birinə xüsusi ödəniş terminalları quraşdırılıb.

“Bu gündən etibarən sərnişinlər avtobuslarda ödənişi kart sistemi vasitəsilə həyata keçirir. Onu da qeyd edim ki, sərnişinlər gediş haqqını istənilən təmassız bank kartları və NFC texnologiyasını dəstəkləyən cihazlar vasitəsi ilə də ödəyə bilərlər. Bank kartları olmayan sərnişinlər isə Visa Nəqliyyat kartlarından istifadə edə bilərlər. Həmin kartları avtobus sürücülərindən əldə etmək olar. Kartın balansını isə ödəmə terminalları vasitəsilə artırmaq mümkündür”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər