Sumqayıtda avtobuslarda onlarla rastlaşa bilərsiniz… – FOTOLAR

638

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat Könüllüləri” devizi altında sürücülər və sərnişinlər arasında düzgün ictimai davranışqaydalarının təbliği məqsədiləkönüllülər qrupu yaradılıb.

Bu gün başlanan maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər iştirak edib.

Könüllülərlə görüşdə Baş İdarənin rəis əvəzi Elgün Hümbətov bildirdi ki, məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərində öz əksini tapmış məsələlərin həlli, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qayda qanuna riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaq və digər mövcud problemləri aradan qaldırmaqdır. Elgün Hümbətov həmçinin qeyd etdi ki, şəhər ərazisində gedən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemidə təkmilləşdirilib. Beləki Sumqayıtda sakinlərin ünvanlarına gediş-gəlişi rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitərindən istifadə olunur.

Daha sonra şəhər İcra Hakimiyyəti Başçısı tabeliyində Nəqliyyat MMC-nin şöbə müdirinin müavini Maarif Hüseynov çıxış edərək bildirdi ki, maarifləndirmə işində iştirak edəcək könüllülər qrup şəklində Baş İdarə və Nəqliyyat MMC-nin əməkdaşlarının müşayətilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər