Sumqayıtda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb

1575

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Füzuli Qurban oğlu Yusifov şəhərin 6-cı mikrorayonunda yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər