Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

369

Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində “Fiat Doblo” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Subhanov Sabir Hüseyn oglunu vurub.
Qəza nəticəsində piyada həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər