Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən saxlanıldı

928

Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə sumqayitxeber.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhər Polis idarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər