Sumqayıtda avtomobilin vurduğu piyada bir ay sonra dünyasını dəyişib

1194

Sumqayıtda avtomobilin vurduğu qadın 1 ay sonra xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Eyvazova Sevinc Vidadi qızı ötən ilin dekabrın 8-də Sumqayıt şəhəri, Babək küçəsində avtomobillə vurulmuşdu.

Ağır xəsarətlər alan S.Eyvazova Bakıya xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, 1 ay sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər