Sumqayıtda bomba həyəcanı

944

Sentyabrın 3-də Sumqayıt şəhərində, orta məktəbin zirzəmisində, içərisində partlamamış döyüş sursatının olduğu ehtimal edilən şübhəli əşya aşkarlanması barədə məlumat daxil olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırdıqdan sonra, Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə şübhəli bilinən polietilen torbaya baxış keçiriblər.
Torbada 18 ədəd elektron detonatorun olduğu müəyyən edilib. Aşkarlanmış detonatorlar aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə əlavə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər