Sumqayıtda bu sahədə mütəxəssis axtarılır - VAKANSİYA

2057

Hesablama texnikası üzrə quraşdırıcı (Sumqayıt)

Vəzifə öhdəlikləri:

– Data Mərkəzində yerləşən müxtəlif hesablama avadanlıqlarının diaqnostikasını və təmirini həyata keçirmək
– Avandanlıqların quraşdırlmasını həyata keçirmək
– Təhlükəsizlik sistemlərinin quraşdırlması və onlara texniki xidmət
– Müxtəlif tip qida bloklarının quraşdırlması və dəyişdirilməsi

Tələblər:

– Müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat, riyaziyyat, kompüter mühəndisliyi və s.)
– Azərbaycan dili səlis, rus dili texniki səviyyədə
– Microsoft məhsulları üzrə biliklər (Excel/Word/Internet)
– Kritik vəziyyətlərdə işləmək və qərarları dərhal qəbul etmək bacarığı
– Komandada işləmək bacarığı

İş şəraiti:

– Növbəli iş rejimi.
– İş yeri Sumqayıt şəhərində yerləşir.
– Bakıda yaşayan namizədlər servis avtobusundan istifadə edə bilərlər.
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir.
– İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır.

Əmək haqqı 400-450 AZN.

Maraqlananlar öz CV formalarını hrdcvacancy17@gmail.com ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər