Sumqayıtda “Cəsarətin sultanı” filminin təqdimat mərasimi keçirilib – FOTOLAR

673

Sumqayıt Dövlət Dram Teatrında “Qartal” tikinti firmasının dəstəyi ilə “Dünya TV” tərəfindən hazırlanmış “Cəsarətin sultanı”  filminin təqdimat mərasimi keçirilib.

Sənədli film cəsur döyüşçü, Qarabağ və Əfqanıstan  müharibəsi  veteranı, Azərbaycan Bayrağı Ordenli polkovnik-leytenant Soltan  Bəndəliyevin döyüş  yoluna həsr  olunub.

Tədbbiri giriş sözü ilə açan Qartal Tikinti Firmasının direktoru, filmin prodüseri belə filmlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində  önəmli rol oynadığını qeyd etdi və ilk sözü Sumqayıt şəhər İcra Hakimiyyəti Bbşçısının müavini Teymur Səmədova verdi.

Teymur Səmədov  Soltan Bəndəliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətdən bəhs edərək qeyd etdi ki, O istehkamçı kimi yüzlərlə itkinin qarşısını alıb və döyüşçülərimizin hərbi biliklərə yiyələnməsi üçün çalışıb.

Azərbaycan Ordusunun qüdrətindən danışan natiq bildirdi ki, bu gün Azerbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran  Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvəlerinin müasir hərbi texnika ilə təchiz edilmesinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.

Teymur Səmədov vurğuladı ki, aprel döyüşləri  sūbut etdi ki, ordumuz nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşmənlərdən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddət ərzindən düşməndən azad etməyə qadirdir.

Filmin müəllifi Hafiz İmamnəzərli filmin çəkiliş prosesindən danışdı. Filmin nümayişindən sonra ziyalıların, mütəxəssislərin, qəhrəmanın döyüş yoldaşlarının ürək sözləri dinlənildi.

“Azərikimya” İB nin müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Yusif Şeyxov, Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları bu tədbiri, belə filmlərin istehsalını  təqdirəlayiq hesab etdiklərini bildirdilər.
Nəhayət söz filmin qəhrəmanı polkovnik-leytenant SoltanBəndəliyevə verildi.

O filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minətdarlığını bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər