Sumqayıtda “Çirkləndirilmiş ərazilərin kadastrı” mövzusunda seminar keçirilib

419

Sumqayıt və Ludviqshafen partnyor şəhərlərinin mütəxəssislərinin iştirakı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Şəhərlər Şəbəkəsi” tədbirləri çərçivəsində hazırlanmış “Çirkləndirilmiş ərazilərin kadastrı” mövzusunda seminar keçirilib.

Sumqayıt şəhər Heydər  Əliyev Mərkəzində keçirilən seminarda umqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ludviqshafen şəhərin Ətraf mühiti Departamentin rəhbəri Uve Frölix, Ludviqshafen şəhərin Ətraf mühiti Departamentində Kadastr üzrə şöbənin rəhbəri Yudith Rader, Ludviqshafen Şəhər Təsərrüfatı Müəssisənin təmsilçisi Səlim Zariou, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Şəfiqə Hacıəhmədova və aidiyyatı müəssisələrin nümayəndələri iştirak edib.

Vurğulanıb ki, artıq 20 ildən coxdur ki, Sumqayıt və Almaniyanın Ludviqshafen şəhərlərin mütəxəssisləri bir sira sahələr üzrə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Şəhərlər Şəbəkəsi” tədbirləri çərcivəsində müvəffəqiyytlə əməkdaşlıq edirlər. Əməkdaşlıq edən sahələrindən biri də çirkləndirilmiş ərazilər problemi olmuşdur. Hər iki şəhər qərar vermişdir ki, Sumqayıt şəhərinin çirkləndirilmiş ərazilərin kadastrı hazırlansın.

Qeyd olunub ki, kadastrın ilkin mərhələsi artıq birgə həyata keçirilib. Amma bu alətin tamamlanması və onun şəhərimizin inkişafı prosessində tətbiq edilməsi Şumqayıt şəhərin mütəxəssislərindən, burada seminarımızda iştirak edən qurumların birgə əməkdaşlıqdan asıllıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər