Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirilib – FOTOLAR

690
 Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsivə “Nigart” rəsm dərnəyinin birgə təşkilatçılığı ilə Gənclər Evində 18 oktyabr-Dövlət Müstəqilliyi gününə həsr edilmiş “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirilib.
İdarədən sumqayitxeber.com -a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, istedadlı və yaradıcı gənclərinüzə çıxarılması və dəstəklənməsi, onlarla işin effektiv və ünvanlı qurulmasıkimi məsələlərin icrası olub. Sərgidə Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxış edərək Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aprel döyüşlərində Azərbaycan Ordusunun ermənilərin cəbhə xətindəki təxribatlarının qarşısınılayiqincə alaraq onlara sarsıdıcı zərbə vurduğunu, Füzuli və Tərtər istiqamətlərində düşmənin işğalda sağladığıərazilərimizin azad olunduğunu, düşmənin hərbi birləşmələrinin geri otuzdurularaq bir sıra strateji yüksəkliklərin ermənilərdən təmizləndiyini qeyd edib. Vurğulanıb ki, Prezident cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gedərək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olması, Cocuq Mərcanlı və digər yerlərin bərpası ilə bağlı sərəncamı, Azərbaycanın ərazi bütövlüyünün çox yaxın zamanda tam bərpa ediləcəyinə xalqımızda əminlik hissi yaradır. C.Hüseynov əlamətdar bayram münasibətilə iştirakçıları təbrik edərək 1991-ci ildə Müstəqilliyimiz haqqında sənədin qəbul olunduğu illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşdiyini, lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevinvətən sevgisi, zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı müstəqilliyimizi əbədi və dönməz etdiyini vurğuladı. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyətigünümüzdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Daha sonra sərgidə nümayiş olunan rəsm işlərinə baxış keçirilib, müsabiqədə qalib seçilmiş iştirakçılara Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər