Sumqayıtda çörək qıtlığı yarandı

574

Ölkədə müşayiət olunan qarlı və çovqunlu hava şəraiti Sumqayıt şəhərində də bəzi problemlər yaradıb.Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, yolların buz bağlaması nəticəsində avtobusların və maşınların hərəkətində problemlər yaranıb. Şəhərdə az sayda marşrut öz xətti ilə hərəkət edir.

Bundan əlavə, anomal hava şəraiti nəticəsində şəhərin elektrik enerjisinin verilməsində də problem yaranıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində şəhərin bəzi yerləri qaranlığa qərq olub.

Mavi yanacaqla bağlı problem olmasa da, Sumqayıtın bəzi yerlərində çörək qıtlığı da yaşanıb. Belə ki, yolların buz bağlaması nəticəsində çörək maşınları mağazalara çörək gətirə bilmir. Çörək qıtlığı isə insanların narazılığına səbəb olur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər