Sumqayıtda daha 10 nümunəvi məhəllə istifadəyə verilib – FOTOLAR

909
Sumqayıtda Novruz bayramı ilə bağlı şəhərin mikrorayon və məhəllələrində şənliklər keçirilib, yeni nümunəvi məhəllələrin açılışı olub.
Novruz bayramı münasibətilə ümumşəhər tədbirindən əlavə yenidən qurulmuş nümunəvi məhəllələrdə hər gün 2 həyət olmaqla 5 gün mədəniyyət kollektivlərinin, şəhərimizin tanınmış ziyalılarının və məhəllə ağsaqqallarının iştirakı ilə bayram tədbirləri keçirilib.
Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun tapşırığına əsasən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 10 yaşayış massivində – 5, 8, 9, 10, 11, 13-cü mikrorayonlar və 41A, 30, 34 və 36-cı məhəllələrdə yenidən qurulan 10 həyət sakinlərin istifadəsinə verilib.
Nümunəvi həyətlərdə asfalt örtüyü yenilənib, uşaqlar üçün əyləncə-idman meydançaları qurulub, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, ağac və gül kolları əkilib, binaların fasadları rənglənib.

Sumqayıtda daha 10 nümunəvi məhəllə istifadəyə verilib  - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər