Sumqayıtda daha bir ağır qəza: ölən və yaralıların adları məlum oldu – YENİLƏNİB

868

Ötən gecə Sumqayıtda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub. Lent.az xəbər verir ki, 25 yaşlı Orxan Məmmədovun sürdüyü “Wolksfagen Polo”nun işıq dirəyinə çırpılması nəticəsində avtomobildə olan şəxslərdən 20 yaşlı İlqar Babayev ölüb. Sürücü və 18 yaşlı Kamran Seyidov isə xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı araşdırma aparılır.

 xxx
 Sumqayıtda daha bir ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, ötən gecə, saat 01:40 radələrində “Wolksfagen Polo” markalı, 99 NZ 790 dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan şəxslərdən 20 yaşlı oğlan aldığı xəsarətlərdən vəfat edib. Daha iki gənc oğlan isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər