Sumqayıtda dəhşətli hadisə: ÖLƏNLƏR VAR – YENİLƏNİB

4002

Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhərin 9-cu mikrorayonu ərazisində “Hyundai” markalı avtomobillə “50-BY-671” dövlət qeydiyyat nişanlı “Oka”nın toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb.

Ölən şəxslər “Oka”nın 1991-ci il təvəllüdlü sürücüsü Həsənov Eldar Cəmşid oğlu və onun hazırda adı hələ ki, məlum olmayan sərnişinidir. Onların avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməkliyi ilə çıxarılıb.

Yaralılar, eləcə də, “Hunday”ın sürücüsü ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-ya aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər