Sumqayıtda dələduzluq yolu ilə vətəndaşların 12 min manat pulunu alan şəxs tutulub

1284

Sumqayıtda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sumqayitxeber.com -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.
Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər