Sumqayıtda dənizdən üzərində bıçaq yarası olan kişi meyiti tapılıb – YENİLƏNİB

1320

Sumqayıtda dənizdə meyiti tapılan kişi ilə bağlı bəzi təfərrüat məlum olub.

“Report”un yerli bürosunun məlumatına görə, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər