Sumqayıtda dənizə tullanan kişinin boynu qırıldı- yerindəcə öldü

1704

Sumqayıt şəhər bulvarında ölüm hadisəsi baş verib.

Tovuz rayon sakini Cəfərov Vaqif Yahya oğlu iki həmyerlisi ilə birgə dəniz kənarında yeyib-içdikdən sonra çimmək fikrinə düşüb və “Tural” restoranının yaxınlığında “Damba”dan suya baş vurub.

Hündür yerdən suya atılan şəxs başı üstə dənizin dayaz hissəsinə düşüb. Nəticəsə onun boyun fəqərəsi qırılıb. Kişi aldığı xəsarətlərdən yerindəcə ölüb.

Meyit müayinə olunması üçün tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hər 3 dost Tovuz rayonundan Sumqayıta işləməyə gəlib.

Report.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər