Sumqayıtda doğulan DSX rəisi üçün özəl gün – FOTOLAR

4202

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür.
General-polkovnik Elçin Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.
27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək milli təhlükəsizlik nazirinin (Keçmiş MTN) müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib və 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.


Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. E.Quliyevə prezidentin 15 avqust 2001-ci il tarixli fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Bu il avqustun 16-da ölkə başçısının imzaladığı sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Quliyev Elçin İsağa oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, E.Quliyev 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var.

ordu.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər