Sumqayıtda “Dolu” filminin təqdimatı keçirilib

1313

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Dolu” filminin təqdimatı keçirilmişdir.
Ekran əsəri tanınmış jurnalist və yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmişdir.
AzərTAc xəbər verir ki, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov dövlət sifarişi ilə çəkilmiş filmin məziyyətindən danışmışdır.
Əsər və film haqqında fikirlərini qısa şəkildə bölüşən Aqil Abbas hazırda romanın həm türk, həm rus dilinə tərcümə olunmasını da bildirmişdir.
Tammetrajlı, bir saat 30 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nazim Mehdiyev, filmdə səslənən mahnının bəstəkarı Polad Bülbüloğludur.
Ekran əsərində Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edilir. Filmin çəkilişləri Şəmkirdə, Ağdamda, İsmayıllıda, Ağcabədidə, Sumqayıtda aparılmışdır.
Film böyük maraqla izlənilmişdir. Ətrabə Rzayeva , AzərTac

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər