Sumqayıtda əhaliyə ağac paylanılacaq

1263

Sabah Bakı, Xırdalan, Sumqayıt və Qubada vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək tinglərin paylanması aksiyası keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər