Sumqayıtda əlillər üçün pulsuz teatr tamaşası təşkil olundu

670


Dekabrın 9-da “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində Sumqayıt Dövlət Musiqili Dram Teatrında əlillər üçün pulsuz teatr tamaşası təşkil etmişdir.

Tamaşa başlanmazdan əvvəl layihə çərçivəsində əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası problemlərinin mediada işıqlandırılması mövzusunda oktyabr ayınıda elan olunmuş “Ən yaxşı məqalə” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar. Paritet qəzetində “40 manatlıq müavinət, ödənilməyən tələbatlar və cəmiyyətin qaçdığı qüsurlular” mövzusunda I yerə layiq görülən məqaləyə görə Asif Nərimanlıya, Var.az saytında “Evlərə qapadılan işçi qüvvəsi” mövzusunda II yerə layiq görülən məqaləyə görə Gülər Mehdizadəyə və Simsar.az saytında “Onlar dünyanı görərək duymurlar, duyaraq görürlər” mövzusunda III yerə layiq görülmüş məqaləyə görə Ruslan Xəlilə pul mükafatı və təşkilatın fəxri diplomu təqdim olundu.

Tamaşanın quruluşçu rejissor, Respublikanın əməkdar artisi Firudin Məhərrəmlinin rejissorluğu ilə hazırlanan Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyasına Sumqayıt şəhərində yaşayan 300-ə yaxın əlil, müharibə veteranı, şəhid ailəsinin üzvləri, sağlamlıq imkanları məhdud uşaqlar dəvət olunmuşdu. Komediya yüksək səviyyədə hazırlanmışdı. Tamaşaçılar çox məmnunluqla sona bu qədər tamaşanı izlədilər və dəfələrlə aktyorların, yaradıcı heyətin ustalığını alqışladılar.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları da iştirak edirdilər.

Qeyd edək ki, VMİB-in icra etdiyi bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllinə cəmiyyətin dəstəyinə nail olmaqdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər