Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

327
Sərbəst güləş üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rövşən Süleymanov, futbol üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ağamusa Bağırovun anadan olmalarının 65 illik yubileyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində görüş keçirilmişdir.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov yubilyarları təbrik etmiş, onların  həyat yollarından, məşqçi-müəllim qismində idman növlərinin təbliği və inkişafında uğurlarından, yetirmələrinin Dünya və Avropa yarışlarında əldə etdiyi yüksək nailiyyətlərdən söz açmışdır.
Məşqçi yoldaşları, veteran idmançılar çıxışlarında R.Süleymanovu və A.Bağırovu təbrik etmiş, gələcək fəailiyyətlərində yeni-yeni uğurlar, nəailiyyətlər arzu etmişlər.
Sonda yubliyarlara şəhər icra hakimiyyəti başçısı cənab Zakir Fərəcovun və Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbovun imzaladığı Fəxri fərmanlar təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.

Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

Sumqayıtda Əməkdar Məşqçilərin yubileyləri qeyd edildi -FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər