Sumqayıtda ev və obyektlərdən oğurluq edən şəxslər yaxalandı

993

Yanvarın 5 -də polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayından cari il yanvarın 19-dək olan müddətdə 8 evdən, 1 sexdən inşaat materialları, təmir-tikinti alətləri, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev saxlanılıb.

Ötən ilin noyabr ayından cari il yanvarın 24-dək olan müddətdə 10-cu mikrorayondakı evlərin birinin liftinin əyləc dolağını, 1 mağazadan və 1 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Xanbalayev Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər