Sumqayıtda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə görüş keçirilib

953

Sahibkarların problemlərinin öyrənilməsi və həllinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlarla görüşlər davam etdirilir.

Bu barədə “Report”a KOBİA-dan bildirilib.

Dövlət-sahibkar dialoqu çərçivəsində sahibkarlarla növbəti belə görüşlər Sumqayıtda və şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilib.

KOBİA-nın təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşlərdə İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Görüşlərdə istehsal və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların kommunal xidmətlər, maliyyə resurslarına çıxış imkanları, istehsal sahələrinin tikintisi, özünüməşğulluq proqramında iştirak, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar tərəfindən qaldırlan bir sıra məsələlərin müvafiq qurumların iştirakı ilə araşdırılacağı və nəticələri barədə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşlərdə həmçinin KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, sahibkarlıq fəaliyyəti ilə bağlı qarşıya çıxan məsələlərlə Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”na müraciət edilməsi tövsiyə olunub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilən görüşdə 30-dan çox sahibkar arasında sorğu da keçirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər