Sumqayıtda Fövqəladə Hallar Nazirliyi «Gənc xilasedici və yanğınsöndürən» zona yarışlarına start verib

706

 

Bu gün Sumqayıt şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə «Gənc xilasedici və yanğınsöndürən» zona yarışlarına start verilib.

Yarışda Sumqayıt, Xızı, Abşeron və Qubadlı rayon orta məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak edib. Yarışın sonunda I, II və III yeri tutan komandalar kubok və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

FHN-in Fövqəladə halların xəbərdar edilməsi və monitorinq İdarəsinin rəisi, polkovnik-leytenant Məhbubə Mustafayeva jurnalistlərə açıqlamasında bildirib ki, yarış orta və ümumtəhsil müəssisələrin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət olub. O, növbəti zona yarışlarının Gəncə şəhəri, Xaçmaz, Yevlax, Ağdam, Qəbələ, Salyan və Lənkəran rayonlarında keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər