Sumqayıtda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd olunub- FOTOLAR

3448

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə FHN Sumqayıt Regional Mərkəzinin inzibati binasında tədbir keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov FHN-in yaradılmasının 13-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Vurğulanıb ki, ölkə başçısı İlham Əliyevin diqqəti sayəsində nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının artırılması, məlumat mübadiləsinin aparılması və digər sahələrdə ciddi nailiyyətlər əldə olunub. Nazirliyin strukturuna daxil olan regional mərkəzlərin yaradılması istiqamətində də səmərəli işlər görülüb. Təsadüfi deyil ki, əhalinin və ərazilərin fövqəladə hallardan etibarlı surətdə mühafizə edilməsi məqsədilə respublika üzrə Nazirliyin regional mərkəzləri yaradılıb. Eyni zamanda baş verə biləcək yanğın-qəza hallarının aradan qaldırılması məqsədilə ölkənin əksər regionlarında Yanğından Mühafizə Hissələri üçün yeni inzibati binalar istifadəyə verilib.

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzin rəisi Adil Hacıyev göstərilən diqqətə görə şəxsi heyət adından şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı və xidmətində səmərəli fəaliyyətə görə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunmuş əməkdaşlara fəxri fərmanlar təqdim olunub.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər