Sumqayıtda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

465

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzin direktoru Vüsalə Qurbanova  bildirib ki, məqsəd müəssisədə çalışan əməkdaşların fövqəladə hallara bağlı davranış qaydaları və mülki-müdafiə sahəsində biliklərinin artırılmasına, müəssisələrdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, Mərkəzin rəhbər və işçi heyəti iştirak ediblər. İştirakçılar “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112 qaynar xətti” mövzularında çıxışları dinləyib, videoçarxlara baxıblar.

Sonda suallar cavablandırılıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb. AzerTag

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər