Sumqayıtda futbolçu qəzada həlak oldu

“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bu barədə məlumat klubun rəsmi saytında dərc olunub. “Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir. Allah Rəhmət Eləsin!