Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb

1755

Sumqayıt şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

“Report”un məlumatına görə hadisə, şəhərin 41-ci məhəlləsində baş verib.

Belə ki, həmin ərazidə yaşayan, 1995-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsi günü tonqal qalaması üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib. Bu zaman ayağı büdrəyərək yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər