Sumqayıtda Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilib – VİDEO

548

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Sumqayıtdakı “Park palace” restoranında sumqayıtlı gənclərin iştirakı ilə Gənclər Gününə həsr edilmiş bayram tədbiri keçirilib. Tədbirdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan, ali, orta ixtisas məkətəblərində təhsil alan fəal gənclər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Gününü qeyd etmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, şəhərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fərqlənmiş gənclərin yaradıcı imkanlarını üzə çıxarmaq və onları geniş ictimaiyyətə təqdim etməkdir.
Tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti haqqında məlumat verərək, sumqayıtlı gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdi, onlar qarşısında duran vəzifələrdən danışdı.
Daha sonra 2015-ci ildə fərqlənən gənclər və gənclər təşkilatları 29 müxtəlif nominasiya üzrə təltif edildilər.
Tədbir konsert proqramı ilə davam etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər